“Time” jurnalı “İlin adamı”nın adını açıqladı

“Time” jurnalı “İlin adamı”nın adını açıqladı

Hazırda oxunan: “Time” jurnalı “İlin adamı”nın adını açıqladı

4924

Amerika Birləşmiş Ştatlarının yeni prezidenti Co Bayden və ölkənin 49-cu vitse-prezidenti Kamala Harris “Time” jurnalı tərəfindən "İlin adamı” elan edilib.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, Baydendən başqa nəşrin siyahısında hazırkı prezident Donald Tramp, tibb işçiləri ilə birlikdə ABŞ-ın baş infeksionisti Entoni Fauçi və afroamerikalı Corc Floydin polis tərəfindən öldürülməsindən sonra ABŞ-da fəallığı ilə seçilən İrqi Ədalət Hərəkatı da yer alıb.

Yeni titulun sahiblərini müğənni Bryus Sprinqstin təqdim edib. Bununla bağlı nəşrin tvitter hesabında video təqdim edilib.

Qeyd edək ki, 2019-cu ildə “İlin adamı” adına  isveçli 16 yaşlı eko fəal  Qreta Tunberq layiq görülmüşdü.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO