Aİ rəsmisi: “Rusiya müdaxilə edərsə, Birlik Ukraynanın yanında olacaq”

Aİ rəsmisi: “Rusiya müdaxilə edərsə, Birlik Ukraynanın yanında olacaq”

Hazırda oxunan: Aİ rəsmisi: “Rusiya müdaxilə edərsə, Birlik Ukraynanın yanında olacaq”

0:00
0:00
49165

"Rusiya ilə münaqişə vəziyyətində Ukraynaya dəstək verəcəyik".

Bizim.Media xəbər verir ki, bu fikirləri Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib.

“Avropa İttifaqı Rusiya Federasiyası və Ukrayna sərhədində vəziyyətin gərginləşməsinin qarşısını almaq üçün diplomatik iş aparır və mümkün təhlükə qarşısında Kiyevi dəstəkləyir”, - deyə Borrel qeyd edib.  

Aİ rəsmisinin fikrincə, Rusiyaya Ukraynaya mümkün hücumun nəticələrini göstərmək vacibdir: 

“Biz Rusiyaya bunun (hücumun) beynəlxalq hüququn ciddi şəkildə pozulması olacağını başa salmaq üçün diplomatik bacarığımızdan istifadə edirik. Hazırkı mərhələdə Moskvaya müdaxilənin mümkün nəticələrinin panoramasını göstərmək vacibdir”. 

Borrel Ukraynaya müdaxilənin Rusiya üçün ağır nəticələr doğuracağını da sözlərinə əlavə edib: 

"Ukrayna, əlbəttə ki, tərəfdaşdır, müttəfiqdir. Ona görə də biz onun tərəfində olacağıq. Bundan sonra ABŞ açıq şəkildə bildirdi ki, Rusiyanın istənilən hücumu nəticəsiz qalmayacaq. Gələn həftə Brüsseldə “Şərqlə tərəfdaşlıq” sammiti üzrə görüşlər keçiriləcək. Tərəfdaş ölkələrin bir araya toplaşması Ukraynaya güclü dəstəyimizi vurğulamaq imkanı verəcək. Sözlərim yanlış təfsir edilməməlidir. Biz böhrandan qaçmaq üçün çalışırıq, lakin bütün gözlənilməz hallar qarşısında Aİ Ukraynanı qətiyyətlə dəstəkləyəcək”. 

Qeyd edək ki, son günlərdə, xüsusilə də, Qərb mətbuatında Rusiyanın Ukraynaya müdaxilə edəcəyi ilə bağlı xəbərlər müntəzəm olaraq tirajlanmaqdadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO