Moskva və Varşava arasında QALMAQAL - Sərxoş gəmi kapitanı Polşa sərhədçilərini hərəkətə keçirdi

Moskva və Varşava arasında QALMAQAL - Sərxoş gəmi kapitanı Polşa sərhədçilərini hərəkətə keçirdi

Hazırda oxunan: Moskva və Varşava arasında QALMAQAL - Sərxoş gəmi kapitanı Polşa sərhədçilərini hərəkətə keçirdi

0:00
0:00
49149

Polşa sərhədçiləri Baltik dənizinin Qdansk körfəzində Rusiyanın “Ruslana” adlanan yük gəmisini saxlayıblar. 

Bizim.Media "ria novosti"yə istinadən xəbər verir ki, hadisə şənbə günü yerli vaxtla saat 04:00 radələrində baş verib. 

Belə ki, ekipaj sərhəd xidmətlərinin zənglərinə cavab verməyib. Bu səbəbdən xilasedicilər və sərhədçilər gəmiyə gediblər. 

Qeyd edək ki, gəmi Sankt-Peterburqdan Qdanskın Sobyeşevski limanına doğru hərəkət edirmiş. Yükdaşıyan kapitanın və iki zabitin sərxoş olduğu iddia edilir. Məlumata görə, gəmi hazırda Qdansk limanındadır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO