İsrailin xüsusi xidmət orqanı MOSSAD-ın rəhbəri David Bernea İsrail xalqına İranın heç vaxt atom bombası əldə edə bilməyəcəyi ilə bağlı vəd verib.
Bizim.Media "The Jerusalem Post" qəzetinə istinadən xəbər verir ki, David Bernea bununla bağlı atacaqları addımların detallarını açıqlamayıb.
MÖVZU İLƏ BAĞLI:
Hər bir yolla İranın atom silahı əldə etməsinə mane olacağıq – İsraildən açıqlama
Xatırladaq ki, bu gün İsrailin Baş naziri Naftali Bennet İranın öz atom məsələsindən xərac toplamaq üçün istifadə etdiyini deyərək, dünya ölkələrini müzakirələri dayandırmağa çağırmışdı.
Bizim.Media