Makronun ''qızlıq arayışı''nı ləğv etmək cəhdinə ETİRAZLAR 

Makronun ''qızlıq arayışı''nı ləğv etmək cəhdinə ETİRAZLAR 

Hazırda oxunan: Makronun ''qızlıq arayışı''nı ləğv etmək cəhdinə ETİRAZLAR 

4879

KİV Fransa prezideni E.Makronun son bir neçə ayda dünyəvilik uğrunda mübarizə apardığını yazır. Onun əsas hədəfinin radikal İslam olduğu vurğulanır. Ancaq hələlik Fransa hökumətinin Makronu dəstəkləyib dəstəkləməycəyi aydın deyil.

Nazirlər Kabineti yalnız dini təşkilatların deyil, həm də sadə inanc sahiblərinin adi həyatını dəyişə biləcək dəyişikliyə razı olduğu haqqında qərar verməlidir. Məsələn, “qızlıq haqqında arayışdan” imtina və yeməkxanalarda konfessional menyunun olmaması kimi şərtləri qəbul etmək asan görünmür. Fransada 5,7 milyon müsəlmanın yaşaması faktı fonunda məsələ xeyli qəliz təsir bağışlayır.

Ümumilikdə Makron üçün çətin vəziyət yaranıb. Dünya üzrə müsəlmanlar birləşərək ona etiraz edirlər. Məscidlərə nəzarətin artırılması, imamlara vizaların verilməsinin dayandırılması haqqındakı şərtlər cddi narazılıqlar yaradıb.

Xüsusilə, onun “İmamlar İslamı Fransada öyrənsinlər” fikri müsəlmanları meydanlara çıxarır. Makrounun bu əməllərinə hətta Qərb dövlətləri çox ehtiyatla yanaşırlar. Fransa prezidenti isə separatizmlə Respublika dəyərlərini möhkəmlətmək üçün mübarizə apardığını iddia edir.

Artıq o, hökumətə Respublika dəyərlərinin möhkəmləndirilməsi haqqında qanun laihəsini təqdim edib. Çoxları deyirlər ki, bu sənəd faktiki olaraq dövlətin kilsənin işlərinə qarşımamaq haqqında mövcud olan qaydaya uyğun deyil. Türkiyə prezidenti sənədi “açıq təxribat” adlandırıb. Misir alimləri isə onu “irqçilik nümunəsi” kimi qiymətləndiriblər. Amerikaın “New York Times” и “Financial Times” nəşrləri də Makronu tənqid ediblər. Ancaq Fransa prezidenti dediyindən dönmür. 

E.Makronun təqdim etdiyi sənəddə İslamın bir sıra qaydalarının hüquqi yolla aradan qaldırılması cəhdi var. Məsələn, müsəlmanların qızlıqla bağlı arayış tələb etməsi antidemokratik sayılır və ona qadağa qoymaq nəzərdə tutulub. Sənəddə həmçinin, müsəlman qız uşaqlarının məktəbdəki tərbiyəsizlikdən uzaq durmaları üçün ev təhsili icazəsinə ciddi məhdudiyyətlər nəzərdə tutulub.

Bunlardan başqa, müsəlman qadınların hovuzda kiçilərlə birgə çimmələrinə qoyulan qadağa aradan qaldırılır və nəhayət, İslamda 4 qadınla evlənmək icazəsi ləğv olunur. Onu deyək ki, bir sıra Qərb təşkilatları E.Makronun bu təkliflərini dəstəkləyirlər, lakin onların məsələni həll edəcəyinə inanmadıqlarını da vurğulayırlar. 

Fransanın baş naziri Jan Kasteks artıq qanun layihəsinə dəstəyini fiadə edib. O, “Le Monde” nəşrinə verdiyi müsahibədə deyib ki, Fransanın bütövlüyünün düşməni “çürümüş radikal İslamdır”. Buna görə də imamları ölkəyə buraxmaq təhlükəlidir. Hazırda Fransada yüzlərlə xarici imamlar var. Onlar adətən Türkiyə, Mərakeş və Əlcəzairdəndirlər. 

E.Makron uzun müddətdir ki, Avropa Birliyinin bu məsələdə dəstəyini qazanmağa çalışır. Hətta liderlərin ayrıca sammitini təşkil edib. Ancaq o, gözlədiyi dəstəyi ala bilməyib. Avropalılar terror aktlarını psiləyirlər, lakin onu birbaşa İslamla bağlamağı düzgün saymırlar. A.Merkel açıq deyib ki, Avropanın hədəfi İslam deyil, terrorla mübarizədir. Ona görə də Makronun təklif etdiyi sənəddən tez-tez təkrar olunan “İslam” sözünü çıxarmaq lazımdır. 

Fransa dövlət başçısının əsas müttəfiqi olan Avstriyann kansleri S.Kurts daha yumşaq mövqe sərgiləyib. O deyib ki, “bizim düşmən ekstremistlər və terrorçulardır. Dini inancı olan insanlar bizim düşmən deyil”.

Makronun hazırladığı sənədə yanaşmanın bu cür olması göstərir ki, Avropada dinə münasibətdə vahid mövqe formalaşdırmaq çox çətin olacaq. Bundan başqa, ekspertlərə görə, Makron ölkə daxilində reytinqinin aşağı düşməsindən narahatdır. Bunlarla yanaşı, Fransada və dünyada müsəlmanların artıq E.Makrona qarşı  narazılıqları artmaqdadır.    

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO