Türkiyə xüsusi xidmət orqanlarının əməliyyatı: PKK terrorçuları saxlanıldı

Türkiyə xüsusi xidmət orqanlarının əməliyyatı: PKK terrorçuları saxlanıldı

Hazırda oxunan: Türkiyə xüsusi xidmət orqanlarının əməliyyatı: PKK terrorçuları saxlanıldı

0:00
0:00
48765

Türkiyə xüsusi xidmət orqanları PKK terrorçusu Pərvin Arslan və yaraqlıların liderlərindən Duran Kalkanın mühafizəçisi Əmrah Adıgüzeli ölkəyə gətirib.

Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Əmrah Adıgüzel 2012-ci ildə PKK-ya qoşulub və Şimali İraqda kənd yerlərində döyüşüb.

O, 2 il terrorçuların liderlərindən biri Abbas kod adlı Duran Kalkanın cangüdəni olub. Bundan əlavə Adıgüzel İraqın Qara, Sincar və Hakurk kimi bölgələrində də terror fəaliyyətləri həyata keçirib. 2020-ci ildə PKK Adıgüzeli İrana göndərib və o, təşkilatın bu ölkədəki nüfuzlu şəxslərindən birinə çevrilib.

Bu arada, Pərvin Arslan 2014-cü ildə PKK sıralarına qoşulub. Terrorçu İraqın şimalında və Suriyanın şimalında Metin bölgəsində fəaliyyət göstərib.

Kəşfiyyat məlumatlarına görə, terrorçu hücumlarda, təxribatlarda və sui-qəsdlərdə iştirak edib və 2019-cu ildə terror fəaliyyəti həyata keçirmək üçün İrana göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO