"Rusiyanın son həftələrdə Ukraynada potensial hərbi əməliyyat planı üçün hazırlıqlarını artırıb".
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.
“Rusiyanın Ukraynaya qarşı təcavüzkar planlar hazırladığına dair siqnallardan dərin narahatıq. Hazırda biz prezident Putinin təcavüz qərarına gəlib gəlmədiyini bilmirik. Əgər Rusiya Ukraynaya qarşı daha aqressiv hərəkət edərsə, ona ağır hesab ödətdirməyə hazırıq”, - deyə dövlət katibi bildirib.
O, Rusiyanı hərbi əməliyyat planlarından əl çəkməyə çağırıb. Həmçinin, NATO-nun əsas vəzifəsinin Avropa və Şimali Amerikanı qorumaq olduğunu bildirib:
“NATO bizim təhlükəsizliyimiz üçün çox vacibdir. Alyans ortaq dəyərlər üzərində qurulub. O, Avropa və Şimali Amerikada sabitlik üçün güclü qüvvədir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
22:12 / 01.12.2021
ABŞ dünyaya elan etdi: Üçüncü Dünya müharibəsi hər an başlaya bilər
Hazırda oxunan: ABŞ dünyaya elan etdi: Üçüncü Dünya müharibəsi hər an başlaya bilər
Hazırda oxunan: ABŞ dünyaya elan etdi: Üçüncü Dünya müharibəsi hər an başlaya bilər
48628
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.