Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iranlı həmkarı İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda görüşüblər.
Bizim.Media xəbər verir ki, görüş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti çərçivəsində baş tutub.
Qeyd edək ki, bu gün Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammiti keçirilir.
Zirvə görüşü zamanı ölkə liderləri İƏT məkanında regional iqtisadi əməkdaşlığın əsas mövzuları ətrafında fikir mübadiləsi aparacaq, həmçinin Türkmənistanın İƏT və onun nizamnamə orqanlarında sədrliyinə yekun vuracaqlar.
Qeyd edək ki, İƏT regional dövlətlərarası iqtisadi təşkilatı 1985-ci ildə yaradılıb. Quruma 10 dövlət - Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Türkmənistan, Türkiyə, Tacikistan və Özbəkistan daxildir.
Bizim.Media