Ölənə qədər qaçan kanadalı

Ölənə qədər qaçan kanadalı

Hazırda oxunan: Ölənə qədər qaçan kanadalı

4772

Bu dəfə ki qəhrəmanımız, son nəfəsinə qədər mübarizə aparan paraolimpiyaçı Terri Foksdur. O, Kanadada anadan olub və Kanadanın qərbindəki Britiş Kolumbiada böyüyüb. Kiçik yaşlarından basketbola çox həvəs göstərib. Elə bu həvəsi də onun bədən tərbiyəsi müəllimi olmağına təkan verib. Lakin 1977-ci ildə 18 yaşlı Terri sağ dizində ağrı hiss etməyə başlayıb və tibbi müayyinədən sonra onda sümük xərçəngi xəstəliyi olduğu aşkar edilib.

Çox keçmədən xəstəliyinin getdikcə ağırlaşması, sağ ayağını, dizdən yuxarı itirməsinə səbəb olub. Xəstəxanada uzun müddətli kimyəvi terapiya müalicəsi aldığı dönəmlərdə, xəstələrlə birgə xərçəngin dözülməz ağrılarını və ümidsizliyini çəkib. Xəstəlikdən əziyyət çəkən insanlara göstərilən dəstək və diqqətin az olduğu qənaətinə gələn Foks, xəstəxanadan çıxarkən qərar qəbul edir. 



Qərarına əsasən, xəstəxandan çıxdıqdan 3 il sonra okeandan-okeana, fərqli ölkələrə uzun yol qət etməyi qərarlaşdıran bir marafon hərəkatı başladır. Bu marafonun məqsədində dayanan başlıca məqsəd xərçəng xəstəliyinin tədqiq olunması və xəstələrin rifahının yaxşılaşdırılması üçün hər ölkədən ianə toplamaq idi.

“Hər bir Kanada vətəndaşının 1 dolar verməsi, xərçəng üçün 23 milyon dollar edər"- deyə, bu yola başlayan Foks, marafonu “Ümid Marafonu” adlandıraraq sanki bu xəstəliyin əziyyətini çəkən hər bir xəstəyə ümid yeri oldu. 

Terri Foks xəstəxanadan çıxdığı 1 ildən çox müddətdə gündəlik məşq edirdi. Çünki sağlam insanın belə, hazırlaşmadan bu qədər məsafəni qət edə bilməsinin qeyri-mümkün olduğunu bilirdi. Hazırlaşmadan o yolu qət edə bilməyəcəyinə əmin idi.



O, protezli ayağı ilə gündə orta hesabla 42 km qaçırdı. Böyük iradəsi və milyonlarla həmkarının göstərdiyi dəstək ona güc verirdi, lakin xəstəliyi getdikcə irəliləyir və onu incidirdi. Təəssüf ki, o, marafonu tamamlaya bilmədi. Xərçəng ağ ciyərlərinə yayıldı və bununla da 1 sentyabr 1980-ci ildə qaçışı dayandırmaq məcburiyyətində qaldı.

Lakin onun göstərdiyi səylər boşa çıxmadı. Geniş ictimaiyyətin diqqətini çəkməyi bacararaq, 1981-ci ilin fevral ayına qədər 24 milyon dollardan çox vəsait toplamağı bacardı.
İndi Kanadada və dünyanın 50-dən çox ölkəsində, ianələr toplamaq üçün hər il Terri Foks Xeyriyyə Yarışları keçirilir. “Terry Fox Run” dünyanın ən böyük pul yığımı yarışı rekordunu əlində saxlayır. 1988-ci ildə yaradılan Terri Foks Vəqfi 2020-ci ilədək 800 milyon dollardan çox vəsait toplayıb.

Adına küçələr verilmiş, heykəllər salınmış Terri Foksun “Mən davam edə bilməsəm də başqalarının davam etməsinə ehtiyacımız var. Bu marafon mənsiz də davam etməlidir" sözü bugün milyonlarla tələbələr tərəfindən canla-başla yerinə yetirilir. 

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO