Urmiya gölünün duzu talan edilir - Qərbi Azərbaycan vilayətindən kənara daşınır

Urmiya gölünün duzu talan edilir - Qərbi Azərbaycan vilayətindən kənara daşınır

Hazırda oxunan: Urmiya gölünün duzu talan edilir - Qərbi Azərbaycan vilayətindən kənara daşınır

47689

Urmiyanın İran parlamentindəki millət vəkili qeyri-yerli şirkətlər tərəfindən Urmiya gölünün yatağından duzun nizamsız çıxarılaraq daşınmasının yaratdığı problemlərdən danışıb.

Bizim.Media “Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, Ruhullah Həzrətpur bu qanunsuz prosesin Qərbi Azərbaycan əyalətinin yollarını və kənd təsərrüfatı sahələrini dağıtdığını deyib.

O, Urmiya gölünün yatağından çıxarılan duzun əyalətdən daşınmasının anlaşılmaz olduğunu və bunun bölgənin ətraf mühitinə böyük ziyan vurduğunu qeyd edib.

“Qərbi Azərbaycanda konversiya zavodları quraşdırıb və göl yatağından çıxarılan duzun dəyərləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına nail olmaq olar”-deyə, millət vəkili bu istiqamətdə tədbirlər görülməsinin vacibliyini söyləyib.

Göl yatağından duzun çıxarılması icazəsini bir neçə qeyri-yerli şirkətə verildiyini deyən Həzrətpur əlavə edib ki, hətta nəqliyyat və yük daşımaları sahəsində çalışmaq üçün belə yerli əhaliyə şərait yaradılmayıb.

“Duzun daşınması nəticəsində əyalət yollarına dəyən ziyanla yanaşı, təəssüf ki, şirkətin tullantıları Urmiya gölünə axıdılır və bunun qarşısı səlahiyyətli orqanlar tərəfindən alınmır.

Hər 20 hektar duz yığımına görə şirkətlər tərəfindən vilayətin Sənaye, Mədən və Ticarət Təşkilatının hesabına yalnız 100 milyon tümən vəsait köçürülür ki, bu da ətraf mühitə dəymiş ziyanın yüzdə birini belə ödəmir”-deyə, Ruhullah Həzrətpur narazılığını ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO