Suriyada Bəşər Əsəd rejiminə dəstək verən Rusiya qırıcıları cümə axşamı günü İdlib deskalasiya zonasının yaşayış məntəqələrinə silsilə hücumlar həyata keçirib.
Bizim.Media “Anadolu” agentliyinə istinadən xəbər verir ki, faktı müxalifət mənbələri təsdiq edib.
Bildirilib ki, Rusiya təyyarələri Suriyanın şimal-qərbindəki Mejdeleye, Ruveikha, Marbellit və Martabi kəndlərini bombalayıb.
İdlib Mülki Müdafiə Departamentinin ("Ağ dəbilqəlilər") məlumatına görə, ən azı dörd nəfər (hamısı Medjdeleye kəndinin sakinləridir) xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, 2017-ci il mayın 4-5-də Astanada keçirilən görüşdən sonra Suriyada 4 deskalasiya zonasının yaradılmasına dair razılıq əldə olunub ki, onlardan üçü sonradan Əsəd rejiminin nəzarətinə keçib.
Bəşər Əsədin tərəfdarları vaxtaşırı atəşkəsi pozsalar da, ümumilikdə atəşkəsə əməl olunub.
2017-2020-ci illərdə hücumlar nəticəsində 2 milyona yaxın dinc sakin evlərini tərk edərək Türkiyə ilə həmsərhəd bölgələrə qaçıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:17 / 25.11.2021
Rusiya təyyarələri İdlibdə kəndləri bombaladı - Yaralılar var
Hazırda oxunan: Rusiya təyyarələri İdlibdə kəndləri bombaladı - Yaralılar var
Hazırda oxunan: Rusiya təyyarələri İdlibdə kəndləri bombaladı - Yaralılar var
47668
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.