Türkiyə Filippinə hərbi helikopter satır

Türkiyə Filippinə hərbi helikopter satır

Hazırda oxunan: Türkiyə Filippinə hərbi helikopter satır

47622

Filippin Türkiyədən “T129 ATAK” helikopterləri alır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Filippin Hərbi Hava Qüvvələri komandanı general-leytenant Allen Paredes açıqlama verib.

Onun sözlərinə görə, Filippinin Türkiyədən sifariş etdiyi 6 ədəd T129 ATAK helikopterinin ilk partiyasının tədarüklərinə gələn ay ərzində başlanılacaq.
 

Helikopterlərin cəmi qiymətinin təxminən 280 milyon dollara bərabər olduğu bildirilir. Filippin Türkiyədən sonra ATAK helikopterlərindən istifadə etməyə başlayan ilk ölkə olacaq.


Qeyd edək ki, Filippin uzun müddətdir ki, ABŞ-ın bu ixraca icazə  verməsini gözləyirdi. - Sona əlavə edərsən də.  Başlıq isə bu cür olsun. ABŞ icazə verdi - Türkiyə Filippinə helikopter satacaq

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO