Vanqa, Nostradamus və Bill Qeytsin 2022-ci il XƏBƏRDARLIQLARI... – Ən qorxuncu Annunakilərin qayıdışıdır..

Vanqa, Nostradamus və Bill Qeytsin 2022-ci il XƏBƏRDARLIQLARI... – Ən qorxuncu Annunakilərin qayıdışıdır..

Hazırda oxunan: Vanqa, Nostradamus və Bill Qeytsin 2022-ci il XƏBƏRDARLIQLARI... – Ən qorxuncu Annunakilərin qayıdışıdır..

47530

“Afrika, ya da şərqdə pandemiya tüğyan edəcək. Çoxlu insan öləcək. Amma insanlar buna öyrəşəcəklər”.

Bizim.Media xəbər verir ki, bolqar münəccim Vanqa bunları deyəndə heç kəs ona inanmırdı. O, bu öngörmələri 2022-ci ilə aid edib. 

Bundan başqa, Vanqanın öngörmələrinə görə, 2022-ci ildə insanlar varlanacaqlar:

“Amma onların əlində nağd pul olmayacaq”.

Burada ekstrasensin proqnozunu bank hesabları, kredit kartları və kriptovalyutalara yozmaq olar. Vanqadan siyasi mesajlar da olub:

“Rusiya Qərbdən ayrılacaq, Çin ilə yaxınlaşacaq”.

Vanqaya inansaq, 2022-də müharibələr çox olacaq. Bolqar münəccim təbii fəlakətləri də istisna etməyib. 

Annunaki

İnsanlığın qarşılaşa biləcəyi ən qorxunc hadisə yadplanetli sivilizasiya olan Annunakilərin qayıdışıdır. Qədim şumerlər səmadan enib insanlığı yaradanları belə adlandırırdılar. 2022-ci ildə kosmik tayfanın gəlişi planetimizdə kütləvi insan qırğınları və dağıntılara səbəb ola bilər.

İncil

Astronomların son il üçün müşahidələrindən iki ulduzun toqquşmasından parlaq işığın yaranacağı qənaətinə gəlinib. İsraildə yaşayanların bəziləri bunu İncildə adı keçən Messiyanın zühuru kimi dəyərləndirir. 

Nostradamus

O da Vanqa kimi 2022-ci ili savaş və təbii fəlakətlərlə dolu görüb. Şimali Amerikada elə bir zəlzələ olacaq ki, humanitar fəlakət yaşanacaq. 

Bill Qeyts

“Microsoft”un yaradıcı da gələn il nələrin baş verəcəyini bilən insanlar arasındadır. Bill Qeytsin fikrincə, Amerika digər ölkələrə kömək etməyənə qədər koronavirus bəlası davam edəcək. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO