ABŞ-ın Nyu-York şəhərində yaşayan sabiq aparıcı Günel Hümbətova İnstagram səhifəsində yeni fotosunu paylaşıb.
Bizim.Media xəbər verir ki, o, paylaşımına bu sözləri yazıb:
“Belə qadını kim sevməzdi? Gözəl, göyçək, seksi, baxımlı, karyerist, məqsədyönlü, mehriban, sevgi dolu, daima inkişafa can atan və s. Özü də dadlı yeməklər bişirir”.
Günel Hümbətova qeydində həyat yoldaşına mesaj da göndərib:
“Mən də həyat yoldaşımın yerində olsaydım, Güneli ən az onun qədər sevərdim. Hər zaman təvazökarıq, amma hərdən öz dəyərimizi bilib özümüzü düzgün qiymətləndirməliyik.
Zarafat bir yana, bunu sağlam şəkildə etmək və öz dəyərini bilmək heç də narsistlik deyil. Bu haqda çox geniş danışa bilərəm, ancaq onu buraxıram peşəkar psixoloqların öhdəsinə. Bircə onu bilirəm ki, başqalarına sevgi, dəyər, hörmət birinci özümüzdən başlayır”.
Bizim.Media