Ağ Evdən neftin bahalaşmasına qarşı daha bir ADDIM – Ehtiyatlarını açır

Ağ Evdən neftin bahalaşmasına qarşı daha bir ADDIM – Ehtiyatlarını açır

Hazırda oxunan: Ağ Evdən neftin bahalaşmasına qarşı daha bir ADDIM – Ehtiyatlarını açır

47437

Ağ Ev ABŞ-da yanacağın bahalaşmasını azaltmaq üçün əlavə neft ehtiyatlarından istifadə qərarı verib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Cennifer Qranholma açıqlama verib.

Onun sözlərinə görə, dövlət neft ehtiyatlarının boşaldılması müvəqqəti strategiyadır, uzunmüddətli strategiya isə təmiz enerjiyə keçid olaraq qalır:

“Bu, qısamüddətli strategiyadır, insanların bu gün əziyyət çəkməməsini təmin etmək. Uzunmüddətli strategiya isə ölkənin gələcəkdə zərər görməməsini təmin etmək, təmiz enerji qurmaqdır”.

Bundan əvvəl, ABŞ prezidenti Co Bayden ölkənin strateji ehtiyatından 50 milyon barel neftin buraxıldığını açıqlamışdı.

Strateji ehtiyatlardan istifadə qərarı Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və Böyük Britaniya tərəfindən də verilib.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO