ABŞ-da peyvənddən 6 nəfər öldü

ABŞ-da peyvənddən 6 nəfər öldü

Hazırda oxunan: ABŞ-da peyvənddən 6 nəfər öldü

4723

ABŞ-da COVID 19-a qarşı "Pfizer” peyvəndinin sınaqları zamanı 6 nəfər ölüb.

ABŞ-ın əczaçılıq nəhəngi ''Pfizer'' və Almaniyanın ''BioNTech'' şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndinin sınaqları nəticəsində altı nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsinin hesabatında deyilir.

Ölənlərdən dördü plasebo, ikisi isə peyvəndin özünü qəbul edib.

Qeyd edilib ki, peyvənd edilən  xəstələrdən biri piylənmədən və aterosklerozdan əziyyət çəkib. O, dərmanın ilk dozasından üç gün sonra ölüb.

İkinci könüllü isə, ikinci dozadan 60 gün sonra ürəktutmasından keçinib.

Plasebo qəbul edənlər arasında ikisi infarkt və insultdan dünyasını dəyişib, daha ikisinin ölüm səbəbi müəyyən edilir. Ölən altı nəfərdən üçü 55 yaşdan yuxarı şəxslərdir.

Ümumilikdə, testlərdə 16 yaşdan yuxarı təxminən 38 min nəfər iştirak edib.

Qeyd edək ki,  ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti Məsələləri  İdarəsi bir müddət əvvəl "Pfizer" və "BioNTech" in birgə hazırladığı peyvəndin effektivliyini təsdiqləyib. Sənədlərdə qeyd olunub ki , dərman lazımi təhlükəsizlik səviyyəsini nümayiş etdirib və təcili istifadəsinə heç bir maneə yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO