"Yunanıstan təxribat xarakterli, gərginləşdirici və təcavüzkar hərəkətlər ortaya qoyur".
Bizim.Media "Anadolu" agentliyində istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
MÖVZU İLƏ BAĞLI:
Hulusi Akar: "Türkiyə həmişə olduğu kimi Azərbaycanın yanındadır"
Egey və Şərqi Aralıq dənizində baş verənləri yaxından izlədiklərini bildirən nazir, "Yunanıstan rəsmiləri sanki Türkiyənin ölkələrinə qarşı bir həmləsi varmış kimi ifadələr işlədərək, "Qurban Yunanıstan, təcavüzkar Türkiyədir" anlayışı yaratmağa çalışırlar. Lakin həqiqətdə təcavüzkarın Yunanıstan olduğunu tarix və bugünkü hadisələr açıq şəkildə göstərir” deyə vurğulayıb.
Bizim.Media