İranda yaşayan ermənilərə daha bir DƏSTƏK – Tehran küçələri ilə yürüş keçirdilər

İranda yaşayan ermənilərə daha bir DƏSTƏK – Tehran küçələri ilə yürüş keçirdilər

Hazırda oxunan: İranda yaşayan ermənilərə daha bir DƏSTƏK – Tehran küçələri ilə yürüş keçirdilər

47157

İranda yaşayan ermənilərin 52-ci idman oyunlarının məşəli noyabrın 19-da Tehranın Deh Vənək bölgəsində yerləşən “Müqəddəs Minas” kilsəsində alovlandırılıb və dini mərasim zamanı təqdim edilib.

Bizim.Media “alikonline.ir” saytına (İranda yaşayan ermənilərin internet resursu) istinadən xəbər verir ki, bu haqda informasiyanı “Ararat” klubunun İctimaiyyətlə Əlaqələr Xidməti yayıb.

Mənbə yazır ki, tədbirdə bir qrup məşəlçi Tehran küçələri ilə bir qədər məsafə qət etdikdən sonra məşəli stadiona apararaq “Ararat” klubunun qəyyumlar şurasının sədrinə təhvil verib.

Qeyd edək ki, Azərbaycanla dost, qardaş və müsəlman ölkəsi olduğunu iddia edən İranın axund rejimi ölkədə sayları təxminən 80-120 min olan ermənilərin qayğısına qaldığı kimi, sayları milyonlarla olan Güney Azərbaycan türkləri üçün eyni münasibəti və davranışı göstərməyib.

Sayları az olan ermənilər İranda istədiyi kimi aksiya, tədbir və mərasim keçirə bildikləri halda, Azərbaycan türklərinə ögey yanaşma sərgilənir.

Güney Azərbaycan türklərinə qarşı repressiv addımlar atan və basqılar edən rejim yüzlərlə türkü həbsə atıb, edam edib, sürgünə göndərib, ya da işgəncələrə məruz qoyub. Elə isə sual olunur, səbəb nədir ki, molla rejimi həmişə erməni millətini və onların soydaşlarının dövləti olan Ermənistanı müdafiə edir? Əslində bu sualın cavabı çox sadədir: İran Türk dünyasının güclənməsini istəmir. Çünki İran türkün gücünə çox yaxşı bələddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO