“Amazon” narkotik satışında ittiham olundu -

“Amazon” narkotik satışında ittiham olundu - "Steviya yarpaqları"

Hazırda oxunan: “Amazon” narkotik satışında ittiham olundu - "Steviya yarpaqları"

47153

ABŞ-ın məşhur “Amazon” şirkəti narkotik satışında ittiham olunur.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, “Amazon”un Hindistan rəhbərliyinə qanunsuz maddələrin qaçaqmalçılığı ilə məşğul olmaqla bağlı ittiham irəli sürülüb.

Hindistanın mərkəzi Madhya Pradeş ştatında polis 20 kiloqram marixuana ilə iki kişini həbs edib. Onlar steviya yarpaqları adı altında narkotikin sifariş verilməsi və ölkənin digər ştatlarına göndərilməsi üçün “Amazon”dan istifadə etməkdə günahlandırılırlar.

“Amazon” Hindistanın rəhbərləri isə yerli qanunlara əsasən şirkətin məhkəmə prosesi zamanı polisə təqdim etdiyi sənədlərdəki uyğunsuzluqlara görə ittiham olunur. Hələ təqsirləndirilənlərin sayı barədə dəqiq məlumat verilmir.

Hindistan hüquq-mühafizə orqanlarının açıqlamasına görə, “Amazon” vasitəsilə təxminən 148 min dollar dəyərində bir tona yaxın marixuana satılıb.

"Biz bu məsələ ilə bağlı məlumat aldıq və hazırda onu araşdırırıq" - “Amazon”dan isə bildirilib ki, şirkət saytlarında qeyri-qanuni malların yerləşdirilməsini və satışını qadağan edir və qanun pozuntusuna yol verildiyi təqdirdə satıcılara qarşı sərt tədbirlər görür.

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO