Baydenin yerinə Kamala Harris gəlsə... ABŞ-Azərbaycan dialoqu NECƏ OLACAQ? 

Baydenin yerinə Kamala Harris gəlsə... ABŞ-Azərbaycan dialoqu NECƏ OLACAQ? 

Hazırda oxunan: Baydenin yerinə Kamala Harris gəlsə... ABŞ-Azərbaycan dialoqu NECƏ OLACAQ? 

47122

Bayden ikinci dəfə də prezident seçilmək istəsə də, onun yaşı, infilyasiya, uğursuz pandemiya mübarizəsi bunun baş verməyəcəyinə dəlalət edir. Onun yerinə hələki əsas namizəd Kamala Harrisdir. Kamala Harris prezident olsa, Ağ Ev siyasətində Azərbaycanla bağlı nə dəyişə bilər?

Mövzuya münasibət bildirən politoloq İlqar Vəlizadə hazırda Baydenin tutduğu postdan gedib-getməyəcəyini proqnozlaşdırmağın çətin olduğunu deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Bayden 2-ci  prezidentlik müddətində də Ağ Evdə qalacaq? – DETALLAR


Bizim.Media-ya özəl açıqlamasında politoloq bildirib ki, prosedura görə Bayden sağlamlıq və digər səbəblərdən dolayı səlahiyyətlərini icra edə bilməsə, onu Kamala Harris əvəzləməlidir. 

Kamala Harris ermənipərəst siyasətçidir:

“Ona görə də düşünmürəm ki, onun gəlişi ilə ABŞ-Azərbaycan dialoqu müsbət çalarlarla zəngin olsun. Amma bütün hallarda ABŞ maraqları da var və bu, heç də erməni lobbisinin maraqlarından ibarət deyil. Dərin maraqlar və digər daha təsirli dairələr mövcuddur. Məsələn, yanacaq, hərbi-texniki komplekslərinin nümayəndələri, yəhudi lobbisi ABŞ-da daha çox nüfuz sahibidir”.

İlqar Vəlizadə Amerikanın daxili siyasətində yaranan mürəkkəb vəziyyətə də toxunub:
 

“Bu ondan xəbər verir ki, Amerikanın indiki siyasi istibleşmenti zəif hesab olunur. Onlar hakimiyyətə Tramp əleyhinə olan abu-havada gəliblər. Amma yaxşı, indi Tramp yoxdur. Problemlər isə var və bunların çözülməsi ilə bağlı effektiv addım atılmır.


Bu da ondan xəbər verir ki, mövqeləri zəifdir. Bayden başqası ilə əvəzlənsə, zəif oyunçu digər zəif oyunçu ilə dəyişdirilə bilər. Kamala Harrisin reytinqi Baydendən də aşağıdır.

Yəni, Amerikada ən aşağı reytinq Kamala Harrissə məxsusdur. Ekspertlər düşünür ki, növbəti prezident kampaniyası olsa və Bayden iştirak edə bilməsə, Kamala Harrisin namizədliyini az adam dəstəkləyər. Ona görə də belə vəziyyətdə Amerikanın siyasi elitası daha çox real maraqlara üstünlük verəcəklər. Real maraqlar da ondan ibarətdir ki, güclü ölkələrlə nə qədər çox faydalı münasibətlər qurulsa, bir o qədər də çox xeyir əldə olunar.

Azərbaycan da regionda ən güclü ölkələrdən biridir və Amerika ilə kifayət qədər sıx münasibətləri var. Ona görə düşünmürəm ki, Amerika üçün ənənəvi siyasət belə vəziyyətdə dəyişsin”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO