104 yaşlı beyin haradadır? - Con Kennedinin həyat və ölümündən maraqlı MƏQAMLAR

104 yaşlı beyin haradadır? - Con Kennedinin həyat və ölümündən maraqlı MƏQAMLAR

Hazırda oxunan: 104 yaşlı beyin haradadır? - Con Kennedinin həyat və ölümündən maraqlı MƏQAMLAR

47082

Bu gün Con Kennedinin qətlindən 58 il ötür. Mərhum Amerika lideri barədə maraqlı faktlar mövcuddur.

Bizim.Media xəbər verir ki, Con Kennedinin atası Cozef Kennedi mülkünün çox hissəsini insayder ticarətində əldə edib. 

Franklin Ruzvelt Kennedinin atasını Qiymətli Kağızlar üzrə Komissiyanın sədri seçəndə ondan nə üçün bu vəzifəyə fırıldaqçını təyin etdiyini soruşublar. Ruzvelt isə belə cavab verib:

“Oğrunu tutmaq üçün elə oğru lazımdır”.

•Con Kennedinin həyatına sui-qəsd olan zaman hər kəs ora-bura qaçan zamanda “Babushka Lady” adlandırılan qara yaylıqlı qadın atışmaları və sonrakı prosesi lentə alıb. Ardınca isə yolu keçərək kütləyə qarışıb. FTB-yə sui-qəsdlə əlaqədar müxtəlif şahid materialları təqdim olunsa da, həmin qadının çəkdikləri indiyə kimi əldə olunmayıb.

•1962-ci ildə Kuba məhsullarının idxalına qadağanı nəzərdə tutan embarqonu imzalamazdan qabaq Kennedi öz katibi Pyer Selincere 1200 ədəd “Petit Upmanns” markasından olan Kuba siqarı almağı tapşırıb. 

•Kennedi qətlə yetirilən limuzin Conson, Nikson, Ford və Karter kimi prezidentləri də gəzdirib. 

•Ölümündən 3 il sonra Con Kennedinin beyni itib. Onun başından çıxarılan beyin əvvəlcə milli arxivdə qorunsa da, sonra izsiz yoxa çıxıb. Kennedinin beyninin harada olması indiyə kimi bəlli deyil.

Con Kennedi Amerikanın 35-ci prezidenti olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO