Kazan İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçildi

Kazan İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçildi

Hazırda oxunan: Kazan İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı seçildi

47027

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İdarə Heyəti Kazan şəhərinə "İƏT-in Gənclər Paytaxtı - 2022" statusunun verilməsi barədə qərar qəbul edib.

Bizim.Media Tatarıstan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Tatarıstan Prezidenti Rüstəm Minnixanov respublikanın hökumət evində keçirilən ənənəvi iclasında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Kazanda müsəlman filmləri festivalı açıldı


Onun sözlərinə görə, Kazan 2022-ci ildə İƏT-in gənclər paytaxtı statusunda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyi planlaşdırır.

Bura İƏT ölkələrinin gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə qlobal gənclər sammiti, müsəlman mədəniyyətinin beynəlxalq gənclər festivalı, beynəlxalq at yarışları və s. tədbirlər daxildir.

Qeyd olunub ki, müxtəlif illərdə bu status İstanbul (Türkiyə), Şiraz (İran), Putracaya (Malayziya), Fes (Mərakeş), Doha (Qətər) və bir sıra digər şəhərlərə verilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO