Lukaşenko Avropanı təhdid etdi – “Qazı bağlayacağıq”

Lukaşenko Avropanı təhdid etdi – “Qazı bağlayacağıq”

Hazırda oxunan: Lukaşenko Avropanı təhdid etdi – “Qazı bağlayacağıq”

46898

Əgər miqrasiya böhranı ilə əlaqədar yeni sanksiyalar tətbiq olunarsa, Belarus Yamal - Avropa qaz kəmərinin fəaliyyətini məhdudlaşdıra bilər.

Bizim.Media xarici mənbəyə istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin iclasında çıxışı zamanı bənzər fikirlər söyləyib:

"Biz Avropanı qızdırırıq, bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs, biz ora təbii qazı bağlasaq?".

Belarus lideri bu sözləri Avropa İttifaqının Polşa və Litva sərhədindəki miqrasiya böhranına görə Belorusa yeni sanksiyalar tətbiq etməklə bağlı qərarından sonra deyib.

Bundan başqa, rəsmi Minskin Avropadan Rusiyaya yük daşıyan avtomobil və dəmir yollarını bağlaya biləcəyi də gözlənilə bilər.

Likaşenkonun təhdidi Aİ üçün gözlənilməz olub. Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik üzrə Ali Komissarı Jozef Borrel Belorusa belə bir mesaj göndərib: "Lukaşenko ona məxsus olmayanla qorxudur. Qazı belaruslar yox, ruslar satır".

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO