Üçtərəfli görüşü kim təşkil edir? - Avropa İttifaqı və Rusiya RƏQABƏTƏ girdi

Üçtərəfli görüşü kim təşkil edir? - Avropa İttifaqı və Rusiya RƏQABƏTƏ girdi

Hazırda oxunan: Üçtərəfli görüşü kim təşkil edir? - Avropa İttifaqı və Rusiya RƏQABƏTƏ girdi

46897

"Görüşlə bağlı çox maraqlı proseslər gedir. Avropa İttifaqı da anons verib ki, Şərq Tərəfdaşlığı sammitində Ermənistanla Azərbaycan liderlərinin görüşünü planlaşdırırlar" deyən politoloq Fərhad Məmmədov əlavə edib ki, Rusiya da belə bir görüşü istisna etmir.

Bizim.Media üçün açıqladığı fikirlərində politoloq həm də bildirib ki, Ermənistanla Azərbaycan arasında vasitəçilik uğrunda rəqabət artıq açıq şəkildə görünməkdədir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Paşinyan Brüsseldə görüşəcəklər - RƏSMİ


Ermənistanın Rusiyanın təşkilatçılığı ilə üçtərəfli görüşdən imtina etməsi də Avropanın İrəvana təklifi ilə bağlıdır. Yəni, təkcə Rusiyanın vasitəçiliyi Paşinyan hökumətinin marağında deyil:

"Digər tərəfdən, delimitasiya və demarkasiya prosesinin başlanması ilə bağlı, eyni zamanda, nəqliyyat dəhlizləri, kommunikasiyaların açılması ilə əlaqədar ümumi razılıq var.
 

Bunun isə formaca yeni bir sənəd, yaxud bəyanat şəklində olacağı düşündürücüdür ki, proses necə davam edəcək? Kreml tərəflər arasında qəbul olunan sənədlərin Rusiya vasitəçiliyi ilə həyata keçirilməsini istəyir. 


Avropa İttifaqı isə artıq yeni oyunçudur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO