SSRİ-nin nə qədər xarici borcu qalıb? - SON RƏQƏMLƏR

SSRİ-nin nə qədər xarici borcu qalıb? - SON RƏQƏMLƏR

Hazırda oxunan: SSRİ-nin nə qədər xarici borcu qalıb? - SON RƏQƏMLƏR

46881

2017-ci ildə Rusiya SSRİ-nin varis kimi sonuncu xarici borcunu bağlayıb.

Bizim.Media xəbər verir ki, Rusiya həmin il Bosniya və Hersoqovinaya 125.2 milyon dollar ödəyib.
 

Rusiya Maliyyə Nazirliyinin 4 il öncəki məlumatına görə, Sovet İttifaqının təkcə Cənubi Koreyaya borcu qalıb - 594 milyon ABŞ dolları. Moskva bu borcu 2025-ci ilə qədər bağlamalıdır.  


Tarixə nəzər salaq:

•SSRİ dağılan ərəfədə Sovet İttifaqının xarici borcu 96.6 milyard dollar təşkil edib.

•1993-cü ildə Rusiya xarici borcu ödəməyi öz üzərinə götürüb.

•Bununla da Kreml borcun postsovet ölkələrinin payına düşən 40 faizini də ödəməyə razılaşıb.

•Əvəzində isə keçmiş Sovet respublikaları bütün səhmlərindən imtina ediblər.

•Lakin bu, 2014-cü ildə özünə aid olan aktivləri araşdırmaq üçün Ukraynaya beynəlxalq qrup yaratmağa mane olmayıb. Kiyev bu yolla SSRİ vaxtı Ukraynaya aid olan hər şeyə sahib olmaq istəyib. 

•Ukraynanın bu iddiası Rusiyaya imkan verir ki, SSRİ-nin qaytarılan 20 milyard dollarını Kiyevdən tələb etsin.

•Paris klubu qarşısında 23.74 milyardlıq öhdəlik 2006-cı ildə bağlanıb.

•2013-cü ildə Çernoqoriyanın, 2016-da Makedoniyanın 18 milyonluq borcu ödənib.

•2016-cı ildə Rusiya Küveytə 1.1 milyard dollar pul sayıb, 620 milyon isə yüksək texnologiya məhsulları qismində verilib. SSRİ Küveytdən kreditləri 1991-ci ildə götürüb.

Bunda başqa, Rusiya SSRİ-nin borclarını ödəməklə yanaşı, ona olan bəzi borcları bağışlayıb. Örnək kimi 2014-cü ildə Kubaya keçilən 30 milyard dolları göstərmək olar.

İraqın  21.5, Monqolustanın 11.1, Əfqanıstanın 11 və Şimali Koreyanın 10 milyard borcu da Rusiya tərəfindən bağışlanıb. Ümumilikdə Rusiya bəzi dövlətlərin SSRİ-yə 100 milyarddan çox borcunu silib.

Qeyd edək ki, SSRİ-nin xarici borcunun qaytarılmasında həmrəyliyi keçmiş İttifaqa daxil 15 respublikadan 9-u müzakirəsiz qəbul edib.
 

Yanlız (1991) Azərbaycan, Ukrayna və Özbəkistan sözügedən memorandumu imzalamaqdan imtina edib. Bunun da səbəbi konkret idi, SSRİ dövründə bu ölkələr dotasiya ilə yaşayan digər müttəfiq respublikaların yerinə də büdcəni doldurmaqla məşğul olublar.


Həmin ölkələrin milli sərvəti və qazancları SSRİ-nin ümumi fondunu müəyyən edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO