Kriptovalyutalar qlobal valyuta bazarlarında və dövlətlərdə sabitliyi poza bilər.
Bizim.Media xəbər verir ki, bunu ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton “Bloomberg New Economy” forumunda çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Kriptovalyutaların şənbə qiymətləri
O, rəqəmsal aktivlərin təhlükələri barədə xəbərdarlıq edib: “Çox maraqlı və ekzotik görünən kriptovalyutalar valyutaları sarsıda, dolların ehtiyat valyuta rolunu zəiflədə və ölkələrin sabitliyi poza bilər”.
Ən böyük kriptovalyuta birjasının rəhbəri Binans Cangpeng Zao da kriptovalyutanı potensial təhlükə adlandırıb. Eyni zamanda o qeyd edib ki, rəqəmsal aktivlərə hücum edilməməlidir. Zaonun fikrincə, bu, istifadə edilməli olan texnoloji yenilikdir.
Xatirə, Bizim.Media