Qadın gözəlliyidən istifadə etməklə məlumat toplamaq dünyada bir çox kəşfiyyat xidmətlərinin istifadə etdiyi təsirli bir texnikadır.
Sovet gizli kəşfiyyat idarəsi müxtəlif zamanlarda bu metoddan çox məharətlə istifadə ediblər. Buradakı ən güclü silah bir çox yüksək çinli məmurların, kəşfiyyata lazım olan insanların düşdüyü məşhur "bal tələsi" olub.
Qadın casuslarının gözəlliyinə müqavimət göstərə bilməyən “qurbanlar” ən vacib sirrlərini belə bu gözəllərə açırdılar. Hətta Stalinin ən yaxın silahdaşı olan Beriya da bu metodla bir sıra Alman hərbçilərini tərkisilah etdirib.
“Bal tələsi”nin gözəlçələri
"Bal tələsi" termininin haradan yarandığı məlum deyil. Onun Şərqi Almaniya kəşfiyyatı üçün işləyən “sevgi keşişləri” ilə əlaqəsi ola biləcəyi haqında da mülahizələr var.
Gizli tapşırığa hazırlanan qadınlar çox ciddi şəkildə aylarla bu missiya üçün kurs keçirdilər. Burada hər bir xırda detala belə xüsusi hazırlanırdılar. Hətta tapşırığa çıxan qadınlar kişiləri şəhvətləndirmək üçün xüsusi otlarla da ətirlənirdilər.
Casus qadınlar necə hazırlanırdılar?
Keçmiş sovet kəşfiyyatçılarından biri o zamanlar qadın casuslarının hazırlanma prosesinin sirrlərini açıqladıqdan sonra bəzi nüanslar ortaya çıxıb.
O zamanlar Lubyankada casusların hazırlanması üçün 6 aylıq xüsusi kurslar var idi. Qızlar çılpaq halda mühazirələrə qulaq asır, kişilərlə birlikdə çimir, təcrübəli seksoloqlardan və “sevgi keşişlərindən” kişiləri cəzb etmə yolları sirlərini öyrənirdilər.
Təlimin sonunda qadınlar xüsusi metodlar öyrənir və onlara əməl etməli idilər:
Qadınlar başqalarını seçdiyi yerlərdə danışıqlara girməməli, zahirən maraq göstərmədən ən xırda məqamlar haqqında belə məlumat toplamalı, özü az danışıb, daha çox həmsöhbətini dindirməli, heç nə də şübhə yaratmamaq və eşitdiyi hər bir sözü şifrələməli idi.
Bu gün söhbət açacağımız casuslar da məhz bu məktəbin ən mahir “usta”ları olub.
Helen Romech
Hətta ABŞ-ın 35-ci prezidenti Con Kennedi də Qərbi Almaniya üzərindən ABŞ-a gələn Helen Romechin qurduğu “bal tələsinə” düşüb. Bu missiyanı yerinə yetirmək üçün Vaşinqtonda Helen yüksək vəzifəli məmurların qonağı olduğu gecə klubunun ulduzu olur.
Helen Romech məhz bu məmurlar vasitəsilə prezidentlə əlaqə saxlaya bilir. Daha sonra Dövlət Departamenti
Kennedinin Romechə hər hansı məlumat verə biləcəyini təkzib edir. Lakin Helen prezidentlə bir neçə görüşdən sonra dərhal ABŞ-dan deportasiya edilir.
Larisa Kronberq-Sobolevskaya
Aktrisa Larisa Kronberq-Sobolevskaya Sovet KQB-si tərəfindən işə götürülüb və Fransanın SSRİ-dəki səfiri Moris Deyanı “bal tələsi”nə salıb.
Diplomatla aktrisanın görüşü zamanı otağa “qısqanc ər” girərək məhkəmə ilə hədə-qorxu gəlməyə başlayıb. Moris Deyan susmaq müqabilində sovet kəşfiyyatı ilə əməkdaşlıq təklif edən “moskvalı dostlar”ı ilə iş birliyinə məcbur edilib.
Kəşfiyatçı Anatoli Filatov
Lakin Sovet KQB-sinin bu cür hazırlıqlarına baxmayaraq, onların da kəşfiyyatçıları xarici kəşfiyyatın “bal tələlərinə” düşüblər. Bu kəşfiyyatçılardan biri də Anatoli Filatov olub.
Anatoli Filatov hələ Laosda tərcüməçi işləyərkən amerikalılar üçün maraq doğurub. Tezliklə, Anatoli haqqında məlumat toplayan xarici kəşfiyyat onun ən zəif nöqtəsini tapırlar – gözəl qadınlar. Bundan istifadə edən xarici kəşfiyyat onu qadın əli ilə tələyə salırlar.
1973-cü ildə Filatov Sovet Baş Kəşfiyyat idarəsinin mayoru kimi Əlcəzairə yollanır. Orada Nadya adlı gözəl xanımla tanış olan Anatoli onun gözəlliyi qarşısında tab gətirə bilmir və onlar cinsi əlaqəyə girirlər. Bundan sonra Anatoli yataqda Nadiya ilə olan fotoşəkilləri ilə şantaj olunur. Tezliklə Filatov ABŞ kəşfiyyatının (SİA) agentinə çevrilir.
Vüsalə Balayeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
12:45 / 20.11.2021
ABŞ prezidenti necə ilişdi? - KQB-nin “BAL TƏLƏSİ” əməliyyatı
Hazırda oxunan: ABŞ prezidenti necə ilişdi? - KQB-nin “BAL TƏLƏSİ” əməliyyatı
Hazırda oxunan: ABŞ prezidenti necə ilişdi? - KQB-nin “BAL TƏLƏSİ” əməliyyatı
46871
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.