“Vaşinqtona rəsmi səfərimiz davam edir. Dünən ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri, konqresmen Gregory Meekslə, konqresmenlər Cey Obernolte və Henri Kullarla görüşlərimiz baş tutdu”.
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində deputat Nigar Arpadarai yazıb.
MÖVZU İLƏ BAĞLI:
Millət vəkilləri Qazaxıstana gedəcək
“Bütün görüşlər önəmlidir, amma Gregori Meekslə keçən görüşün xüsisi əhəmiyyəti var, çünki Komitə sədri olaraq, onun təsir imkanları daha genişdir. Bütün digər görüşlərdə olduğu kimi, bu dəfə də regionda olan vəziyyət, Azərbaycanla Ermənistan arasındakı hazırki durum, Azərbaycan-ABŞ münasibətləri və s. məsələlər ətrafında müzakirə apardıq”, deyə o, qeyd edib.
Bizim.Media