Kriptovalyuta milyarderlərinin adları açıqlandı - 7 nəfərlik siyahı

Kriptovalyuta milyarderlərinin adları açıqlandı - 7 nəfərlik siyahı

Hazırda oxunan: Kriptovalyuta milyarderlərinin adları açıqlandı - 7 nəfərlik siyahı

46743

ABŞ-ın ən zəngin adlarının yer aldığı "Forbes 400" siyahısına 7 kriptovalyuta milyarderi daxil edilib.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmin şəxslərdən altısı ilk dəfə siyahıya daxil olub, onların ümumi sərvəti 55,1 milyard dollara çatıb.

Sam Bankman-Frid - Sərvəti: 22,5 milyard dollar

29 yaşlı Sem Bankman-Fried tərəfindən qurulan kriptovalyuta platforması "FTX" 900 milyon dollar investisiya alıb. 2019-cu ildə qurulan "FTX” ABŞ-da ən böyük kriptovalyuta platformasına çevirib.

Brayan Armstronq - Sərvəti: 11,5 milyard dollar

Brayan Armstronq ABŞ-da kriptovalyuta platforması "Coinbase"in təsisçisi və baş direktorudur.

Kris Larsen - Sərvəti: 6 milyard dollar

"Ripple" qurucusu Kris Larsen keçən il 2,7 milyard dollar sərvəti ilə "Forbes" siyahısına düşən yeganə kriptovalyuta milyarderi olub. Larsenin sərvəti bu il 6 milyard dollara yüksəlib.

Cameron Vinklevoss və Tayler Vinklevoss - Sərvətləri: hər biri 4,3 milyard dollar

İkili kriptovalyuta platforması "Gemini" şirkətinin sahibi Vinklevoss qardaşları uzun müddətdir kriptovalyuta bazarının tanınmış simaları sayılırlar.

Fred Ehrsam - Sərvəti: 3,5 milyard dollar

Fred Ehrsam 2012-ci ildə Brayan Armstronqla birlikdə "Coinbase"i yaradıb. O, 2017-ci ildə şirkətdəki vəzifəsini tərk edib. İndi isə "Paradigm" adlı investisiya firmasını idarə edir.

Jed Mac Caleb - Sərvəti: 3 milyard dollar

Jed Mac Caleb "Ripple"ın qurucuları arasındadır. O, 2014-cü ildə platformadakı səhmlərini satıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO