Türkiyə PKK-nın qurucularından birini MƏHV ETDİ - FOTO

Türkiyə PKK-nın qurucularından birini MƏHV ETDİ - FOTO

Hazırda oxunan: Türkiyə PKK-nın qurucularından birini MƏHV ETDİ - FOTO

46586

Silahlı Qüvvələr və Türkiyə xüsusi xidmət orqanlarının İraqın şimalında keçirdiyi birgə xüsusi əməliyyatlardan biri nəticəsində PKK terror təşkilatının qurucularından Fuat ləqəbli Əli Heydər Kaytan öldürülüb. 

Bizim.Media “TRT Haber” telekanalına istinadən xəbər verir ki, silahlılar uzun müddət təşkilat liderinin ölümünü gizlədib, onun cəsədini gizli basdırıblar.

Türkiyənin təhlükəsizlik orqanlarındakı mənbələri bildiriblər ki, kürd terrorçuların lideri Abdulla Öcalanın təşkilatın ikinci mühüm şəxsi hesab etdiyi Kaytanın aradan qaldırılması əməliyyatı uzun müddətdir ki, davam edir.

PKK-da təşkilat sıralarında parçalanmanın qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini qorumaq üçün Kaytanın ölümü ört-basdır edilib.
 

Cinayətkarın cəsədinin dəfn olunduğu yerdən yalnız PKK liderləri məlumatlı olub. Dəfndə iştirak edən yaraqlılar daha sonra şahidlərdən yaxa qurtarmaq üçün edam ediliblər.


“Anadolu” agentliyinin məlumatına görə, intihar hücumlarını həyata keçirmək üçün terrorçuları məhz Kaytan seçib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO