Belarusun BAŞI BƏLADA: Miqrantlar bu ölkədə qalmaq istəyir - TƏFƏRRÜAT

Belarusun BAŞI BƏLADA: Miqrantlar bu ölkədə qalmaq istəyir - TƏFƏRRÜAT

Hazırda oxunan: Belarusun BAŞI BƏLADA: Miqrantlar bu ölkədə qalmaq istəyir - TƏFƏRRÜAT

46571

“New York Times”ın müxbiri Avropa İttifaqı ərazisinə keçmək ümidi ilə Yaxın Şərq ölkələrindən Belarusa gələn yüzlərlə miqrantın hazırda yerləşdiyi Polşa sərhədində olub.

Bizim.Media xəbər verir ki, jurnalist öz hesabatında Belarus hakimiyyəti üçün gözlənilməz dönüşü təsvir edir:

Polşaya gedə bilməyənlərin çoxu Belarusdan siyasi sığınacaq istəmək barədə düşünməyə başlayıblar. 

Jurnalistin fikrincə, bəzi miqrantlar Aİ ölkələrinə keçmək planlarından heç vaxt əl çəkməyəcəklər, lakin bəzi insanlar vətənlərinə qayıtmaqdansa, mütləq Belarusda qalmağa üstünlük verəcəklər.

İraqdan olan 21 yaşlı kürd Bail Nisu “New York Times” qəzetinə “Almaniyaya getmək istəyirəm, amma bu mümkün olmasa, burada qalacağam” deyib.

Miqrant dbildirir ki, Belarusda qalmaq perspektivi İraqa qayıtmaqdan və ya Polşa sərhədçiləri və hərbçiləri ilə yeni “təmaslardan” qat-qat cəlbedici görünür:

“Belarus çox yaxşı ölkədir, çox!”.

Oxşar niyyətləri “New York Times” qəzetinin müxbirinin Polşa ilə sərhəddə danışdığı bir neçə başqa şəxs də dilə gətirib.

Nəşrə görə, Belarus hakimiyyəti hələ də qalmaq istəyən miqrantlarla necə davranacağını başa düşə bilmir.

Belarusun keçmiş daxili işlər naziri, hazırda Lukaşenkonun köməkçisi vəzifəsində çalışan Yuri Karayev Amerika qəzetinin mümkün sığınacaq axtaran şəxslərlə bağlı sualını belə cavablandırıb:

“Mən əlbəttə ki, insanların buranı bəyənməsinə şadam, lakin bundan sonrakı addımlar prezidentin qərarından asılı olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO