Bayden mağazadan oğurluq edən Ömərovanı yüksək vəzifəyə təyin edir – DETALLAR

Bayden mağazadan oğurluq edən Ömərovanı yüksək vəzifəyə təyin edir – DETALLAR

Hazırda oxunan: Bayden mağazadan oğurluq edən Ömərovanı yüksək vəzifəyə təyin edir – DETALLAR

46543

ABŞ prezidenti Co Bayden tərəfindən ABŞ Maliyyə Nazirliyinin Valyuta Nəzarəti Departamentinin rəhbəri vəzifəsinə namizədliyi irəli sürülmüş Qazaxıstanın Uralsk şəhərindən olan Saule Omarova mağazadan oğurluq etdiyinə görə 1995-ci ildə polis tərəfindən saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Fox News” telekanalı yayıb.

Eyni zamanda telekanal qeyd edib ki, ilk dəfə cinayət törətdiyi üçün 1996-cı ildə Viskonsin ştatının proqramı çərçivəsində ondan ittihamlar götürülüb.

“Saule Corc Buşun administrasiyası dövründə Xəzinədarlıqda işləyərkən Senat da daxil olmaqla, karyerası boyu bu insidentlə bağlı səmimi olub”, – Ağ Evin sözçüsü bildirib.

Senatın müvafiq komitəsi yaxın vaxtlarda 55 yaşlı Ömərovanın namizədliyinə baxılması üçün dinləmələr elan edəcək. Bundan sonra iki səsvermə olacaq, onlardan biri Amerika qanunverici orqanının yuxarı palatasında baş tutacaq. Uralsklı məmur bu vəzifəyə təyin olunarsa, qurumun 158 illik tarixində şöbə müdiri olan ilk qadın kimi yadda qalacaq.

Xatırladaq ki, Ömərova Moskva Dövlət Universitetini bitirib və 1989-cu ildə orada işləməyə başlayıb.
 

Onun kurs işlərindən biri “Karl Marksın iqtisadi təhlili və inqilab nəzəriyyəsi” adlanıb. 1991-ci ildə mübadilə proqramı ilə Viskonsin Universitetinə gedib.


SSRİ dağılanda məzun ABŞ-da qalmağa qərar verib, orada siyasi elmlər üzrə doktorluq dərəcəsi alıb və Kornell Universitetində professor kimi çalışıb. Ömərova karyerasını Nyu-Yorkun ən böyük hüquq firmalarından biri olan “Davis Polk & Wardwell”də qurub, həmçinin ABŞ-ın 43-cü prezidenti Corc Buşun administrasiyasında maliyyə nazirinin müavininin müşaviri kimi işləyib. 2013-cü ildən bəri o, maliyyə və texnologiya ilə bağlı sualları cavablandıran Konqres dinləmələrində altı dəfə çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO