Səfir Tahir Tağızadə etimadnaməsini Macarıstan prezidentinə təqdim etdi - FOTO

Səfir Tahir Tağızadə etimadnaməsini Macarıstan prezidentinə təqdim etdi - FOTO

Hazırda oxunan: Səfir Tahir Tağızadə etimadnaməsini Macarıstan prezidentinə təqdim etdi - FOTO

46526

Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə etimadnaməsinin əslini Macarıstan Respublikasının Prezidenti Yanoş Aderə təqdim edib.

Bizim.Media xəbər verir ki, Şandor sarayında baş tutan mərasimdə etimadnamənin təqdim olunmasından sonra Prezident Yanoş Aderlə səfir Tahir Tağızadənin protokol görüşü gerçəkləşib. Səfir Tahir Tağızadə Macarıstan Prezidentinə Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını çatdırıb, 44 günlük Vətən müharibəsi zamanı və sonrakı dövrdə dost Macarıstanın ədalətli mövqeyinin və ölkəmizin ərazi bütövlüyünə nümayiş etdirdiyi dəstəyin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib.

Prezident Yanoş Ader səmimi salamlarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və onun da salamlarının çatdırılmasını xahiş edib.

Prezident ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edərək, enerji sahəsində əməkdaşlığın genişlənməsinə önəm verdiklərini söyləyib. Enerji qiymətlərində son aylar kəskin artımın baş verməsinə diqqət çəkən Macarıstan Prezidenti ölkəsinin enerji təhlükəsizliyinin qorunmasının vacib məsələlərdən biri olduğunu nəzərə alaraq, rəsmi Bakının Avropanın enerji təhlükəsizliyi ilə bağlı baxışı ilə maraqlanıb.

Səfir T.Tağızadə öz növbəsində TANAP və TAP layihələrinin istifadəyə verilməsi ilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edərək, ölkəmizin etibarlı tərəfdaş olaraq enerji faktorundan siyasi alət qismində istifadə etmək niyyətində olmadığını diqqətə çatdırıb.

Sonra səfir Budapeşt şəhərinin Qəhrəmanlar Meydanında “Naməlum əsgər”in abidəsi önünə əklil qoyub.

Bizim.Media













© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO