Almaniya “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırdı

Almaniya “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırdı

Hazırda oxunan: Almaniya “Şimal axını 2”nin sertifikatlaşdırılmasını dayandırdı

46272

Almaniya Rusiyanın “Şimal axını 2” qaz kəmərinin operatoru kimi “Nord Stream 2 AG” şirkətinin sertifikatlaşdırılması prosesini dayandırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin press-relizində deyilir.

Almaniya tənzimləyicisinin məlumatına görə, “Şimal axını 2” operatorunun təşkilatlanma forması ölkə qanunvericiliyinə uyğun olarsa, onun sertifikatlaşdırılması davam etdiriləcək.

Bunun üçün boru kəmərinin operatoru törəmə müəssisə adından yeni ərizə təqdim etməlidir.
 

Hazırda qaz operatorunun qərargahı İsveçrənin Zuq şəhərində yerləşir. Boru kəmərinin Almaniyada yerləşən hissəsini idarə etmək üçün Almaniyada törəmə müəssisə yaratmaq lazımdır.


Güman edilir ki, “Şimal axını 2”nin “törəməsi” qaz kəmərinin Almaniya hissəsinin sahibi və operatoru olacaq.

“Şimal axını 2” ikixətli qaz kəməridir. Onların hər birinin uzunluğu 1,2 min km-dir. Ust-Luqa limanından (Leninqrad vilayəti) Almaniyanın Qreyfsvald şəhərinədək uzanır. Qaz kəmərinin ümumi ötürmə qabiliyyəti ildə 55 milyard kubmetr qaz təşkil edəcək.

Birləşmiş Ştatlar bu layihəyə fəal şəkildə qarşı çıxır. Bundan əlavə, layihəyə Ukrayna daxil olmaqla digər ölkələr də mənfi münasibətini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO