Belarusdakı miqrant böhranı müharibəyə çevriləcək? – Əsas fiqur yenə PUTİN OLDU - VİDEO

Belarusdakı miqrant böhranı müharibəyə çevriləcək? – Əsas fiqur yenə PUTİN OLDU - VİDEO

Hazırda oxunan: Belarusdakı miqrant böhranı müharibəyə çevriləcək? – Əsas fiqur yenə PUTİN OLDU - VİDEO

46226

Avropa Belarusdakı miqrant böhranına qarşı diplomatik axını gücləndirib. Makron Putinlə, Merkel isə Belarus lideri Lukaşenko telefonla danışıb.

Bizim.Media “dw.com” nəşrinə istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron dünən axşam saatlarında Belarus-Polşa sərhədindəki miqrant böhranı və Ukraynanın şərqində artan gərginliklə bağlı telefon danışığı aparıblar.
 

Görüşdən sonra Yelisey Sarayından verilən açıqlamada, miqrant böhranının həllində Rusiyanın rolu vurğulanıb və ümid edilib ki, sərhəddəki gərginliyin aradan qaldırılmasına bu görüş müsbət töhfə verəcək.


Kreml mənbələri bildirib ki, Putin Makrona Avropa İttifaqı (Aİ) liderlərinin məsələni birbaşa Belarus prezidenti Aleksandr Lukaşenko ilə müzakirə etməli olduğunu deyib. Kremlin sahibi Polşa təhlükəsizlik qüvvələrinin sərhəddə mühacirlərə qarşı sərt müdaxiləsini tənqid edib.

Təxminən 1 saat 45 dəqiqə davam edən görüşdə Yelisey Sarayı Makronun Ukrayna ilə bağlı narahatlığı dilə gətirilib, Ukraynanın ərazi bütövlüyünün qorunması müzakirə predmeti olub. 

NATO-nun baş katibi Yens Stoltenberq də Moskvaya xəbərdarlıq edərək Rusiyanın Ukrayna ilə sərhədində “böyük və fövqəladə” hərbi fəallığın müşahidə edildiyini bildirib.


Almaniya kansleri Angela Merkelin də axşam saatlarında Belarus prezidenti Aleksandr Lukaşenko ilə Polşa sərhədindəki miqrant böhranını müzakirə etdiyi açıqlanıb. Almaniya hökumət sözçüsü Şteffen Zaybert vurğulayıb ki, telefon danışığında sərhəddəki mühacirlərə humanitar yardımın zəruriliyi qeyd edilib. 

Merkel və Lukaşenko bu mövzuda fikir mübadiləsinə davam edəcəklərini bildirib.
 

Beləliklə, Merkel Belarusda keçən il mübahisəli seçkilərdən sonra Lukaşenko ilə telefonla danışan ilk Aİ lideri olub. Belarusun rəsmi xəbər agentliyi BELTA görüşün 50 dəqiqə davam etdiyini bildirib.


Avropa İttifaqı Lukaşenkonu keçən ilki sanksiyaların qisasını almaq üçün qəsdən miqrantları Aİ sərhədlərinə göndərməkdə ittiham edir. 

Lukaşenko 2020-ci ilin avqustunda saxtalaşdırıldığı iddia edilən mübahisəli seçkilərdə qalib gəlib və hökumət əleyhinə kütləvi etirazlar zorakılıqla yatırılıb. Belarus hakimiyyəti Ryanair-in təyyarəsini Minskə enməyə məcbur etdikdən və müxalif bloger Roman Protaseviçi təyyarədən endirdikdən sonra Aİ Belarusa qarşı bir sıra sanksiyalar tətbiq etmək qərarına gəlib.



Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO