İran azərbaycanlılarını müdafiə edən siyasi məhbuslardan AÇIQ MƏKTUB

İran azərbaycanlılarını müdafiə edən siyasi məhbuslardan AÇIQ MƏKTUB

Hazırda oxunan: İran azərbaycanlılarını müdafiə edən siyasi məhbuslardan AÇIQ MƏKTUB

0:00
0:00
46130

Həbsdə olan azərbaycanlı siyasi məhbus Əlirza Fərşi və digər səkkiz  məhkum Böyük Tehran həbsxanasından açıq məktub yazıblar.

Bizim.Media xəbər verir ki, onlar azadlıqlarının məhdudlaşdırılmasına etiraz ediblər.

Məhbusların digər şikayəti Böyük Tehran həbsxanasının 2-ci bölməsindən 1-ciyə köçürülmələri ilə bağlıdır.

“Bizi cəza olaraq bu palataya köçürən Mir Yusifin rəhbərlik etdiyi Böyük Tehran Həbsxanasının 2-ci bölməsinin rəhbərliyinə etiraz edirik. Mir Yusif yalan məlumatlarla bizi Böyük Tehran Həbsxanasında baş vermiş son iğtişaşların səbəbkarı kimi təqdim edərək təməl məhbus hüquqlarımızdan məhrum edir.

Bu məktubu imzalayaraq həbsxana rəhbərliyinin saxta, qərəzli və yalan məlumatlarını pisləyir və bu şəxslər tərəfindən həyata keçirilən işgəncələrə son qoymağa çağırırıq. Biz, həmçinin insan hüquqları təşkilatlarını Böyük Tehran Həbsxanasının 2-ci tipli 1-ci bölməsinə baş çəkməyə və oradakı ağrılı vəziyyəti müşahidə etməyə dəvət edirik”, - noyabrın 5-də göndərilən məktubda deyilir.

Qeyd edək ki, Fərşi 2019-cu ilin sonlarında “İran hökumətinə qarşı təbliğat aparmaq” və “İran hökumətinə qarşı müxalifət toplantısı təşkil etmək” ittihamları ilə 4 il həbs cəzasına məhkum edilib.

Fərşi İranda Azərbaycan türklərinin dilinin daha geniş istifadəsinin fəal müdafiəçisidir. O, İranda Azərbaycan dilində təhsilin olmaması, irqi ayrı-seçkilik, İran azərbaycanlılarına qarşı ədalətsizlik kimi problemlərə etirazları ilə tanınır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO