200 il əvvəl 11 noyabr 1821-ci ildə dünyanın ən dahi yazıçısı hesab edilən Fyodor Dostoyevski dünyaya gəlib.
Bizim.Media xəbər verir ki, rusiyalı yazar "Cinayət və cəza", "Karamazov qardaşları", “Cinlər və "İdiot" romanları ilə məşhur olub.
"Litres" Kitab xidmətinin statistikasına görə, bu il onun kitablarının satışı əvvəlki illərlə müqayisədə 337% artıb.
Xatırladaq ki, Fyodor Mixayloviç Dostoyevski 11 noyabr 1821-ci ildə Moskvada anadan olub. Onun adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Dostoyevskinin “Bədbəxt insanlar” adlı ilk romanı 1846-cı ildə nümayiş olunub. Bu əsərin ardından yazdığı kitablarla gözlədiyi müvəffəqiyyətə çata bilməyən Dostoyevskinin ümidi qırılıb və siyasətlə maraqlanıb.
1849-cu ildə dövlət əleyhinə etdiyi çıxışlarına görə saxlanılan yazıçı bir müddət həbsdə qalıb və 1859-cu ildən etibarən Peterburqda yaşamağa başlayıb.
Peterburqa döndükdən sonra “Alçaldılmış və təhqir olunmuşlar” (1861) və “Ölü evdən qeydlər” (1862) adlı əsərləri yazıb. Qardaşıyla birlikdə iki jurnal çıxarıb. 1862-ci ildə arzuladığı Avropa səyahətini reallaşdırıb. Xəstəliyi və qumar asılılığı ucbatından maddi baxımdan çətinliyə düşüb.
Bu dövrdə “Gizlindən qeydlər” (1864), “Cinayət və cəza” (1866), “Qumarbaz” (1866), “İdiot” (1868), “Əbədi ər” (1870) və “Cinlər” (1872) kimi əsərlərini qələmə alıb.
Dostoyevskinin əsərləri Ceyms Coys, Virciniya Vulf, Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Marsel Prust, Ayn Rand, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk və Lev Tolstoy kimi bir çox yazıçıların əsərlərinə işıq tutub. Fridrix Nitsşe "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O, mənim həyatımın ən böyük sevincidir” deyib.
Bizim.Media