"Instagram"dan ayrıla bilməyənlər üçün "çarə tapıldı" - YENİ FUNKSİYA

Hazırda oxunan: "Instagram"dan ayrıla bilməyənlər üçün "çarə tapıldı" - YENİ FUNKSİYA

45504

"Instagram" sosial şəbəkəsi istifadəçini lentə baxmağa fasilə verməsi barədə xəbərdar edəcək yeni funksiyanı sınaqdan keçirir.

Bizim.Media-nın məlumatına görə, bu barədə sosial şəbəkənin rəhbəri Adam Mosseri "Twitter" səhifəsində yazıb.

O bildirib ki, "Take a break" (“Fasilə ver”) funksiyası sınaqdan keçirilməyə başlanıb. Bu, istifadəçiyə seçdiyiniz vaxtdan sonra fasilə vermək üçün proqramda xatırlatma almağa imkan verəcək.

Sınaqlar uğurlu olacağı təqdirdə funksiya dekabr ayında tam istifadəyə keçəcək.

Hazırda bu funksiya yalnız bəzi istifadəçilərdə mövcuddur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO