2021-ci ildə hansı ölkələri aclıq gözləyir?

2021-ci ildə hansı ölkələri aclıq gözləyir?

Hazırda oxunan: 2021-ci ildə hansı ölkələri aclıq gözləyir?

4539

2021-ci ildə dünyada 235 milyon insan dünyanın bəlasına çevrilmiş koronavirus pandemiyasının təsiri ilə humanitar yardıma və qorunmaya möhtac qala bilər.

Bizim.Media bildirir ki, bu barədə BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bizli açıqlama verib. O, bunları BMT Baş Assambleyasının COVID-19 ilə mübarizəyə həsr etdiyi xüsusi sessiyada çıxışı zamanı səsləndirib.

“COVID-19 səbəbi ilə 270 milyon insan acından ölə bilər”,- deyə bildirən Devid Bizli BMT qurulduğu 75 il müddətdə, 2021-ci il qədər güclü humanitar böhran yaşadacaq digər ili müşahidə etmədiklərini diqqətə çatdırıb.

“Biz hamıya kömək edə bilmərik, ona görə də prioritetləri təyin etməliyik. Aclıq onlarla ölkənin qapısını döyəcək”, -deyə, qeyd edən Devid Bizli qlobal humanitar böhranla bağlı ölkələrə xəbərdarlıq edib.

Əlavə olaraq bildirir ki, son illərdə silahlı münaqişələrin çoxalması aclıq təhlükəsilə üzləşən insanların sayını 80 milyondan 135 milyonadək artırmışdı. 2020-ci ildə isə COVID-19 pandemiyası bu rəqəmi 270 milyona çatdırıb.

"Zəngin ölkələr tunelin sonundakı işığı görə bilirlər. Lakin eyni vəziyyət kasıb ölkələr üçün keçərli deyil”,- deyə qeyd edən BMT-nin İnsani Məsələlər üzrə Baş Katibinin köməkçisi Mark Lowcock isə bildirir ki, gələn il aclıq və yoxsulluğun qarşısını almaq, uşaqlara vaksinlər etmək və məktəbdə saxlamaq üçün onların 35 milyard dollara ehtiyacı yaranacaq. Onun fikrinə görə həmçinin digər infeksiyon xəstəliklər olan HİV, vərəm və malyariya nəticəsində ölənlərin sayı iki dəfə artacaq.

BMT-nin araşdırmalarına görə, aclıqdan əziyyət çəkən ölkələr sırasında yenə də Afrika ölkələri öndə olacaq.

Yusibli Səkinə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO