Berlində “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olundu - FOTO

Berlində “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olundu - FOTO

Hazırda oxunan: Berlində “Zəfərə gedən 44 gün” adlı sərgi nümayiş olundu - FOTO

45049

Berlin şəhərindəki Brandenburq qapıları önündə 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərə gedən 44 gün” adlı fotosərgi keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı ilə baş tutan tədbir zamanı soydaşlarımız Azərbaycanın böyük ölçülü dövlət bayrağını coşqu ilə dalğalandırıblar.

 


Meydanda azad edilmiş torpaqlarımızda Ermənistanın törətdiyi vandalizm aktlarını sübut edən fotomateriallar nümayiş etdirilib.



Almaniya Azərbaycanlıları Alyansının sədri Yaşar Musayev və digər diaspor fəalları Ermənistanın xalqımıza qarşı apardığı işğalçı, təcavüzkar və etnik təmizləmə siyasəti, ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün təmin olunması naminə apardığı Vətən müharibəsində qazanılan parlaq qələbə barədə yerli sakinlərə ətraflı məlumat veriblər.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO