Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirildi – FOTO

Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirildi – FOTO

Hazırda oxunan: Nyu-Yorkda Zəfər Günü münasibətilə avtoyürüş keçirildi – FOTO

45016

ABŞ-ın Nyu-York şəhərində 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər avtoyürüşü keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, aksiya Amerika Azərbaycanlılarının Koordinasiya Şurası və Azərbaycan Nyu-York Assosiasiyasının təşkilatçılığı ilə şəhərin Bruklin bölgəsində baş tutub.

Eyyub Sultan Mədəniyyət Mərkəzinin qarşısında başlayan Zəfər yürüşü Cadman Plaza Parka qədər davam edib. Soydaşlarımızın Azərbaycan, Türkiyə və ABŞ bayraqları ilə bəzədilmiş avtomobillərini Azərbaycan həqiqətlərini əks etdirən LED ekranli maşın müşayiət edib.
 

MÖVZU İLƏ BAĞLI:

Kölndə Zəfər Günü aksiyası keçirildi - FOTO


Daha sonra aksiya iştirakçıları Bruklin körpüsündən Nyu-Yorkun məhşur Uoll Strit küçəsində yerləşən Boulinq Qrin bağına yürüş ediblər. 

Burada keçirilən mitinqdə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədr muavini Vaqif Seyidbəyov Zəfər Günü münasibətilə soydaşlarımızı təbrik edərək, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi şanlı qələbənin tarxi önəmini vurğulayıblar. 

Tədbirin sonunda Azərbaycan və ABŞ-ın Dövlət himnlərinin sədaları altında iki ölkənin bayraqları ucaldılıb.

Aksiyalarda “Qarabağ Azərbaycandır!”, “Xocalıya ədalət!” “Şuşa, sən azadsan!”, “Terrora yox deyirik!”, “Erməni yalanlarına dur de!” və digər şüarlar səsləndirilib.

Bizim.Media

​​​​​​​

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO