İşğalçı Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur - Misirli jurnalist

İşğalçı Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur - Misirli jurnalist

Hazırda oxunan: İşğalçı Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur - Misirli jurnalist

45010

Azərbaycan torpaqlarını işğal edən, mülki şəxsləri qətlə yetirən, zəbt etdiyi əraziləri minalayan və dinc insanların ölümünə səbəb olan Ermənistanın insan hüquqlarından danışmağa haqqı yoxdur.

Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər Misirin “Asiaelyom” agentliyinin baş redaktoru Əbubəkir Əl-Məcdin qələmə aldığı “Azərbaycan-Ermənistan münaqişəsinin arxa tərəfi” sərlövhəli məqalədə yer alıb. 

Müəllif qeyd edib ki, 44 günlük müharibədə ordusu darmadağın olan və kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistanda səslənən revanşist bəyanatlar Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdiddir.
 

MÖVZU İLƏ BAĞLI:

Pakistan və Yaponiya jurnalistləri Gəncəyə getdi – Erməni terroru dünya mediasında


Bunun əksinə olaraq, qalib dövlətin lideri İlham Əliyev Qlobal Bakı Forumunda bəyan edib ki, Ermənistana sülh müqaviləsi üzrə danışıqlara başlamaq təklif edilib, lakin qarşı tərəfdən cavab alınmayıb. Prezident əlavə edib ki, Azərbaycan müharibə deyil, sülh və gələcək haqqında danışmaq istəyir.

Dövlət başçısı, eyni zamanda, hər iki ölkənin ərazi bütövlüyünü tanımaqla, dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzərində işə başlamağı təklif etdiyini və bu təklifə də hələ baxılmadığını diqqətə çatdırıb.

Ermənistan ombudsmanının sözdə erməni əsirləri, əslində, terrorçuluqla məşğul olan şəxslərlə bağlı bəyanatını şərh edən Əl-Məcd vurğulayıb ki, azərbaycanlı hərbi əsirlərə işgəncə verən, mülki şəxsləri, o cümlədən uşaqları qətlə yetirən, birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlıların taleyi barədə heç bir məlumat verməyən, qırğınlar və XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımını törədən bir dövlətin nümayəndəsinin insan hüquqlarından danışması ikrah hissi doğurur.

Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO