Ayaqüstə əldə telefon tutmağın zərərləri - FOTO

Ayaqüstə əldə telefon tutmağın zərərləri - FOTO

Hazırda oxunan: Ayaqüstə əldə telefon tutmağın zərərləri - FOTO

44409

Bilirsinizmi ki, ayaqüstdə dayanaraq bir əlinizdə telefon tutduqda bədəniniz sanki boynunuzda 6 yaşlı uşağı saxlayırmışsınız kimi ağırlıq hiss edir?
 

Siz supermarketdə növbədə dayandıqda “Facebook” səhifənizə göz gəzdirərkən və ya “WhatsApp”-da kiməsə mesaj göndərərkən bədəninizə düşən təzyiq analoji olaraq 27 kq-a bərabər olur.


Bizim.Media xəbər verir ki, Nyu-Yorkda tibbi reabilitasiya klinikasının onurğa sütunu bölməsinin həkimi Kernet Hansraj başınızı əyərək mobil telefona baxdığınız zaman bədəninizdə nələr baş verdiyinin virtual modelini hazırlayıb.

Boynunuzu biraz qabağa verərək başınızı aşağı əydiyiniz zaman boyun fəqərələrinə elə dərəcədə təzyiq edirsiniz ki, bunu ağlınıza belə gətirə bilməzsiniz. Əgər bu halda 2-4 saat qalırsınızsa, deməli, həyəcan təbili çalmağın vaxtıdır.

Hansraj "Surgical Technology International" jurnalında dərc olunan məqaləsində qeyd edir ki, düzgün qamət qulaqların çiyinlərlə eyni zolaqda olduğu duruşdur. Bu vəziyyət stress dərəcəsini azaldır və kortizol səviyyəsini aşağı salır.
 

Bu səbəbdən də qeyri-düzgün duruş forması bədənin vaxtından əvvəl sıradan çıxmasına və amortizasiyasına (dəyərlərini itirməsinə) yol açmaqla yanaşı eyni zamanda xroniki depressiya və halsızlığın mümkün səbəblərindən biridir.


Bu problemin yaranmasının qarşısını almaq üçün telefonu düz qarşınızda, gözlərinizin səviyyəsində saxlayın. Başınızı əyməyin. Mətnin yazılması zaman planşeti 30 dərəcə bucaq altında tutmağa çalışın, elə ki, onun küncü biləklərinizi qorusun. Boyun çiyinlərlə eyni səviyyədə qalmalıdır. (Saglamol.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO