Ötən il 62 jurnalist vəzifə başında öldürülüb.
Bizim.Media xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş yayımladığı videomüraciətdə deyib.
BMT Baş katibi qeyd edib ki, son illərdə öldürülən jurnalistlərin sayı artıb. Həmçinin, jurnalistlərə qarşı törədilən hər 10 cinayətdən doqquzu cəzasız qalır.
Qeyd edək ki, bu ilin iyun ayında AzərTAC-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlu və AzTV-nin operatoru Abışov Sirac Abış oğlu işğaldan azad olunmuş ərazilərdə peşə fəaliyyətlərini həyata keçirərkən mina partlayışı nəticəsində vəfat ediblər.
Onların olduğu avtomobil ermənilərin basdırdığı minaya düşüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
02:15 / 03.11.2021
“Dünyada öldürülən jurnalistlərin sayı artıb” – BMT Baş katibi
Hazırda oxunan: “Dünyada öldürülən jurnalistlərin sayı artıb” – BMT Baş katibi
Hazırda oxunan: “Dünyada öldürülən jurnalistlərin sayı artıb” – BMT Baş katibi
44407
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.