Çində əhali qış fəsli üçün ərzaq və zəruri əşyaların ehtiyatını toplamağa çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, sözügedən çağırış ölkənin Ticarət Nazirliyi tərəfindən yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Çinə qarşı birləşən dünya – CƏNUBİ QAFQAZ yeni soyuq savaşın mərkəzi olacaqmı?
Dərgi yerli hakimiyyət orqanlarını qiymətləri sabitləşdirməyə, qarşıdan gələn qış və gələn yaz mövsümü üçün tərəvəz və ilkin tələbat mallarının tədarük etməyə, eləcə də insanların onları haradan və necə əldə edə biləcəyi barədə məlumatları operativ şəkildə dərc etməyə çağırıb.
Qeyd edək ki, Çində ekstremal hava şəraitinin tərəvəz istehsalına və daşınmasına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar var. Eləcə də ölkədə ərzaq qiymətləri qeyri-sabitdir və qış yaxınlaşdıqca ənənəvi olaraq yüksəlir.
Xatirə, Bizim.Media