Publika.az xəbər verir ki, Şimal Alyansı və Vaşinqton Türkiyənin geri çəkilməsi üçün hərəkətə keçib.
NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel Vaşinqtonda jurnalistlərə açıqlamasında Türkiyəni dolayısı ilə təhdid edib.
"Türkiyənin NATO-ya inteqrasiya olunmayan bu raketləri almasının nəticələri olacaq. Qərar verməkdə nə qədər müstəqil olsalar da, bu qərarların nəticələri ilə də üzləşəcəklər”, - deyə o bildirib.
ABŞ isə Türkiyənin bu addımının qarşısının Rusiya üzərindən almağı düşünür.
"Sabah” qəzetinin yazarı Okan Müderrisoğlu yazır ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi son sanksiyası birbaşa Türkiyəni maraqlandırır.
"S-400 raketləri üçün Moskva ilə müqavilə imzalayan Ankara "Ödəmə sisteminin kilidləməsi” problemi ilə üz-üzədir. ABŞ-ın Rusiyanın bəzi şirkətlərinin adını "qara siyahı”ya daxil etməsi, alınacaq raketlərin pulunun ödənilməsində problemlər yaradacaq. Yəni ödəmə sistemi ABŞ-ın əlində olduğu üçün bu alınmaya bilər. Bu, dolayısı ilə Türkiyəyə "silahı almaqdan imtina et” mesajıdır. Yəni "S-400-ləri almaq istəsən ABŞ dollarından istifadə edə bilməzsən, Amerika bankçılıq, yaxud pul transferi sisteminə girə bilməzsən, ABŞ-la əməkdaşlıq edən vasitəçi şirkətlərdən belə kömək istəyə bilməzsən” deməkdir”, - deyə türkiyəli yazar vurğulayıb.