İranın Təbriz şəhəri ilə Türkiyənin paytaxtı Ankara arasında uçuşlar başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanları Baş İdarəsinin rəisi Ramin Azəri jurnalistlərə açıqlamasında məlumat verib.
O, Təbriz-Ankara və əks istiqamətdə uçuşların açıldığını bildirib:
“Bu uçuş xəttinin yaradılması ilə, Təbrizin “Şəhid Mədəni” beynəlxalq hava limanında xarici uçuşların sayı dördə yüksəlib”.
Sözügedən uçuş elan edilmiş qrafikə və cədvələ əsasən, hər həftənin bazar günü saat 15:05-də Təbriz hava limanına enəcək və saat 16:00-da Təbrizdən Ankaraya yola düşəcək.
Qeyd edək ki, hazırda Təbrizin “Şəhid Mədəni” hava limanından İranın 12 şəhərinə və dörd xarici şəhərə - Ankara, İstanbul, İzmir və İrəvana uçuşlar həyata keçirilir.
Bizim.Media