Kilsə “Ölülər Günü”nü qadağan edir – Bəs QMİ “Helloin”ə niyə reaksiya vermədi? - TƏHLÜKƏ

Kilsə “Ölülər Günü”nü qadağan edir – Bəs QMİ “Helloin”ə niyə reaksiya vermədi? - TƏHLÜKƏ

Hazırda oxunan: Kilsə “Ölülər Günü”nü qadağan edir – Bəs QMİ “Helloin”ə niyə reaksiya vermədi? - TƏHLÜKƏ

44224

Helloven bütün dünyada oktyabrın 31-I qeyd olunur. Rusiya kimi bəzi xristian ölkələrin kilsələri isə bayramın lehinə deyil.

Bizim.Media olaraq əvvəlcə Helloin haqqında məlumat verək ki, adətə görə bayram 1 noyabr katolik müqəddəslərinin günü ilə əlaqələndirilir.
 

“Halloween” dünyanın müxtəlif yerlərində fərqli formada qeyd olunur. Yoxsa Latın Amerikasında “Ölülər Günü” adlanmazdı.


Əvvəllər bayram məhsula yığımının sonunda keçirilir və məğzi belə olub ki, ruziyə görə ancaq Allaha yox, ölən əcdadlara da minnətdarlıq etmək lazımdır. “Hallows Evening” bütün müqəddəslərin axşamı kimi tərcümə olunur. Novruz bayramında papaqatdı kimi, uşaqlar natəmiz libaslarda qapı-qapı gəzib konfet istəyiblər. 

Hellovenin yaratdığı təhdidlər...

Amerikanın tibbi işçiləri Helloini uşaqlar üçün ən təhlükəli bayram adlandırıblar. Onlar bunu ərp və soyuqla yox, həmin gecə avtobillə vurulan azyaşlıların sayının çox olması ilə izah ediblər. 

Keşişlərin fikrincə, Helloin uşaqlardakı xeyir-şər qavrayışlarını təhrif edir. Bayramı yayanlar kelt ənənəsinin təbliğatçılarıdır və onlar ruhlar aləmindən bu dünyaya girişin olduğunu, kabusların da planetimizə gəldiyini iddia edirlər.
 

Bayramın qorxu filmləri ilə tirajlanması isə anti-din mahiyyəti kəsb edir. Kinolarda şər qüvvələrin müsbət qəhrəman kimi təbliği də zərərli siyasətin bir hissəsidir. 


Bu isə helloin ovqatında böyüyən azyaşlıların gələcəkdə seriya qatil olmasını, gənclərdə narkomaniyanın artmasını, yaşlı insanlarda pedofilliyin yaranmasını şərtləndirir. Müxtəlif monopoliyalara sahib Qərbə sərf edən fəsadlar arasında bayram ərzində təsadüfi və qəsdən ölümlərin çox olması da var.

Maraqlı olan isə odur ki, dünyanın bir çox ölkələrində kilsə bu bayramın əleyhinə çıxsa da Bakının düz ortasında bu günü öz dədə-baba bayramı kimi qeyd edənlərə Qafqaz Müsəlmanları İdarəsindən bir kilmə deyən yoxdur.

İşbazlar bundan pul qazanmaq üçün Qərb ölkələrini geridə qoyaraq fantaziyalarını ən son həddə qədər inkişaf etdirib ən əcaib formada şənliklər düzənləyir, məktəblərdə, bağçalarda anlayan-anlamayan hər kəs uşaqların psixologiyasına təcavüz edərək gələcəyini yönəldirlər. Amma bütün cavabdeh qurumlar bunu kənardan təbəssümlə seyr edirlər. Görəsən niyə? 

Gələcəyimizə, psixologiyamıza olunan təcavüzə susmaq isə razılıq əlamətidir. 

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO