Bill Qeyts və Ceff Bezos dincəlmək üçün niyə Türkiyəni seçib? - DETALLAR

Bill Qeyts və Ceff Bezos dincəlmək üçün niyə Türkiyəni seçib? - DETALLAR

Hazırda oxunan: Bill Qeyts və Ceff Bezos dincəlmək üçün niyə Türkiyəni seçib? - DETALLAR

44160

Dünyanın ən zəngin insanlarından biri, “Microsoft” şirkətinin qurucusu Bill Qeyts bir neçə gündür Türkiyənin Bodrum kurortlarında səyahət edir. Ehtimallara görə, iş adamı dincəlməklə yanaşı gələcək investisiya layihələrini də planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Türkiyə mətbuatı yayıb.

Gökova, Marmaris və Fethiyeyi gəzdikdən sonra Bodruma qayıdan milyarder Türkiyənin böyük iş adamlarından birinin villasında nahar edib.

Qeytsin Türkiyəyə həftəlik kirayəsi 1,8 milyon dollara başa gələn 106 metrlik “Luna” yaxtası ilə gəldiyi bildirilir. Milyarderin personalı və təhlükəsizlik işçiləri Wayfinder adlı başqa bir yaxta ilə gəliblər.

Qeytsin türk iş adamlarından hansı ilə görüşdüyü bildirilmir. Sərvəti 136 milyard dollarla qiymətləndirilən və planetin ən zəngin adamlarından biri olan amerikalı iş adamı Bodrumda və digər Türk kurortlarında daha bir həftə qalmağı planlaşdırır.
 

Türkiyə mətbuatının yazdığına görə, Microsoft rəhbəri Türkiyədə investisiya üçün təxminən 3 milyon kvadratmetr torpaq almağı planlaşdırır və bunun üçün bir çox yerli iş adamları ilə danışıqlar aparır.


Qeytsin ardınca dünyanın digər ən zəngin iş adamı, “Amazon”un qurucusu Ceff Bezosun da yaxtası Türkiyə sahillərində lövbər salıb. Bezosun 136 metr uzunluğundakı “Fling Fox” adlı lüks yaxtası Gökova körfəzində dayanıb. Hansı ki, ora qurudan çatmaq çox çətindir.

Bezosun özünün yaxtada olub-olmadığı dəqiqləşdirilməyib. Eyni zamanda, yaxtadakı helikopter meydançalarından birində iş adamının helikopteri də görünüb.

Xatırladaq ki, Ceff Bezosun sərvəti təxminən 196 milyard dollar qiymətləndirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO