Taliban xarici işlər nazirinin çinli həmkarına hədiyyə təqdim etməsi haqda yayılan video geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, bu yaxınlarda Taliban xarici işlər nazirinin çinli həmkarı ilə görüşdə ona hədiyyə təqdim etdiyi anın videosu yayılıb.
MÖVZU İLƏ BAĞLI:
Taliban “ölüm batalyonu”nu Çin və Tacikistanla sərhədə göndərdi
Videodanun şərhində “İslam Əmirliyinin” Xarici İşlər Nazirliyi tərəfindən Əfqanıstanın Helmənd şəhərinin istehsalı olan bir kiloqram xalis tiryək Çinin xarici işlər nazirinə hədiyyə edilir!” sözləri yazılıb. Ancaq az sonra Talibanın xarici işlər nazirinin çinli həmkarına verdiyi hədiyyənin tiryək olmadığı xəbəri yayılıb.
Bizim.Media